
Hər məkan üçün uyğun lift sistemi.
Yük liftləri, ev liftləri, əlçatanlıq platformaları və xüsusi qaldırıcı sistemlər obyektin ölçüsünə və istifadə məqsədinə uyğun hazırlanır.
Ən çox baxılanlar
Əlçatanlıq sistemləri (Əlilliyi olan şəxslər üçün)
Tez-tez verilən suallar
Lift və qaldırıcı sistem seçimi ilə bağlı ən çox soruşulan suallara qısa cavablar.
Lift sistemi hazır məhsul kimi satılır, yoxsa obyektə uyğun hazırlanır?
Lift və qaldırıcı sistemlər obyektin ölçüsünə, daşıma ehtiyacına, mərtəbə sayına və quraşdırma şəraitinə uyğun seçilir və hazırlanır. Standart yanaşmadan çox, obyektə uyğun texniki həll müəyyən edilir.
Qiymət hansı amillərə görə hesablanır?
Qiymət liftin növünə, daşıma gücünə, ölçüsünə, dayanacaq sayına, konstruksiya formasına, material seçiminə və quraşdırma şəraitinə görə dəyişir. Dəqiq qiymət üçün obyekt məlumatları və texniki ehtiyaclar dəqiqləşdirilməlidir.
Obyektə baxış və ölçü götürülməsi həyata keçirilirmi?
Bəli. Layihə başlamazdan əvvəl obyektin ölçüləri, quraşdırma yeri və texniki şəraiti qiymətləndirilir. Bu mərhələ düzgün lift tipinin seçilməsi və təhlükəsiz quraşdırma üçün vacibdir.
Liftin hazırlanması və quraşdırılması nə qədər vaxt aparır?
Müddət liftin tipindən, ölçüsündən, istehsal həcminə və obyektin hazır vəziyyətindən asılıdır. Sadə sistemlər daha qısa zamanda, xüsusi ölçülü və mürəkkəb sistemlər isə daha uzun müddətdə hazırlanır.
Ev liftləri üçün mütləq şaxta lazımdırmı?
Hər layihədə şaxta tələbi eyni olmur. Bəzi ev liftləri mövcud şaxta daxilində, bəziləri isə ayrıca metal konstruksiya və ya xarici fasad həlli ilə quraşdırıla bilər. Seçim obyektin planına görə müəyyən edilir.
Mövcud binaya sonradan lift quraşdırmaq mümkündürmü?
Bəli, bir çox halda mümkündür. Bunun üçün binanın konstruksiyası, boş sahə, giriş-çıxış istiqaməti və quraşdırma yeri ayrıca qiymətləndirilməlidir. Daxili və ya xarici fasad həlli seçilə bilər.
Xarici fasadda lift quraşdırmaq olarmı?
Bəli. Xüsusilə villa, bağ evi, anbar və mövcud tikililərdə xarici fasad liftləri praktik həll ola bilər. Bu zaman konstruksiya dayanıqlığı, hava şəraiti və təhlükəsizlik detalları nəzərə alınır.
Yük liftləri hansı daşıma gücünə uyğun hazırlanır?
Yük liftləri daşınacaq məhsulun çəkisinə, ölçüsünə və istifadə tezliyinə görə seçilir. Anbar, mağaza, restoran, istehsalat və tikinti sahələri üçün fərqli daşıma gücü və platforma ölçüsü tətbiq oluna bilər.
Təhlükəsizlik necə təmin olunur?
Təhlükəsizlik hər layihənin əsas texniki prioritetidir. Lift və qaldırıcı sistemlər beynəlxalq mühəndislik yanaşmalarına uyğun olaraq konstruksiya dayanıqlığı, idarəetmə təhlükəsizliyi, qoruyucu mexanizmlər və fövqəladə vəziyyət ssenariləri nəzərə alınmaqla hazırlanır. Daşıyıcı konstruksiya, platforma, qapı sistemi, dayanacaq səviyyələri və idarəetmə elementləri bir-biri ilə uyğun şəkildə işləyəcək formada layihələndirilir. Mümkün nasazlıq və ya yüklənmə hallarında riski minimuma endirmək üçün çoxmərhələli təhlükəsizlik həlləri tətbiq olunur.
Lift sistemlərinə zəmanət verilirmi?
Bəli, quraşdırılan sistemlər üzrə zəmanət şərtləri layihənin növünə və istifadə təyinatına görə təqdim olunur. Zəmanət müddəti və əhatə dairəsi təklif mərhələsində dəqiqləşdirilir.
Quraşdırmadan sonra texniki servis göstərilirmi?
Bəli. Quraşdırmadan sonra texniki baxış, servis və ehtiyac yarandıqda təmir dəstəyi göstərilə bilər. Müntəzəm texniki xidmət lift sisteminin daha təhlükəsiz və stabil işləməsinə kömək edir.
Modernizasiya və ehtiyat hissələri xidməti varmı?
Mövcud lift və qaldırıcı sistemlərin yenilənməsi, ayrı-ayrı hissələrin dəyişdirilməsi və texniki vəziyyətin yaxşılaşdırılması üçün modernizasiya və ehtiyat hissələri üzrə həllər təqdim oluna bilər.
Məhsul kataloqlarını buradan yükləyin.
Kataloqlarda məhsul çeşidləri, texniki xüsusiyyətlər və tətbiq sahələri ətraflı şəkildə təqdim olunmuşdur.






































